Slimfit
  1. DÜNYA

Amerikaya 2 milyard dollardan çox pul ödəməyə məcbur olan şirkət

Amerikaya 2 milyard dollardan çox pul ödəməyə məcbur olan şirkət
Sakura

Amerikaya 2 milyard dollardan çox pul ödəməyə məcbur olan şirkət

ABŞ-ın Kaliforniya ştatında andlı iclasçılar Almaniyanın kimyəvi və əczaçılıq preparatları istehsal edən "Bayer" şirkətini "Roundup" herbisidi ilə bağlı iş üzrə amerikalı cütlüyə 2 milyard dollardan çox vəsait ödəməyə məcbur edib.

Fins.az-ın məlumatına görə, İddia tərəfinin bildirdiyinə görə, "Bayer" şirkətinin ötən il satın aldığı ABŞ-ın "Monsanto" şirkəti tərəfindən istehsal olunan alaq otlarının məhv edilməsi üçün vasitələrin tərkibində olan qlifosat onlarda xərçəng xəstəliyinin inkişaf etməsinə səbəb olub. İttihamçılar həmçinin andlı iclasçıları inandırmağa çalışıb ki, "Monsanto" potensial təhlükəni gizlətmək üçün araşdırma məlumatlarını manipulyasiya edib.Bu, "Bayer" şirkətinin qlifosata görə uduzduğu üçüncü prosesdir.

Qlifosat alaq otlarına qarşı vasitə kimi geniş istifadə olunur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR