Slimfit
  1. MEDİA

Amerikalılar ordunun həyatlarını necə məhv etməsindən danışıblar

Amerikalılar ordunun həyatlarını necə məhv etməsindən danışıblar
Sakura

Amerikalılar ordunun həyatlarını necə pozduğu barədə danışıblar

Ens.az xəbər verir ki, Amerika ordusunun Twitter-dəki rəsmi səhifəsində xidmətin hərbçilərin həyatına necə təsir göstərdiyini öyrənmək üçün sorğu keçirildi.

Hazırda səkkiz minə yaxın insan öz fikrini bildirib. Ordunun insanları fiziki və emosional cəhətdən güclü etməsi, həyatı məna ilə doldurması və karyera perspektivlərinin açılması fikirlərindən başqa şərhlərdə insanlar hərbi güclərin dünyaya, ölkəyə və ayrıca insanların həyatına təsiri haqqında skeptik və tənqidi fikirlər yazıblar.

Xüsusilə bir çoxları xidmətin onların həyatını korladığını bildiriblər, dövlət isə heç cür kömək etməyib.

“Xidmət mənə necə təsir göstərdi? O, həyatımı məhv etdi. Gördüyüm kabuslara görə yox. Ona görə ki, evə qayıdanda ordu məni yolun kənarına atdı”, - @SmokeShip yazıb.

Digərləri deyib ki, ABŞ-ın keçirdiyi çoxsaylı hərbi əməliyyatlarda günahsız insanlar və döyüşçülər vəfat ediblər və zərər çəkiblər.

“ABŞ imperializmi adına hərbi xidmət Yaxın Şərq və Afrikadakı günahsız insanlara necə təsir göstərdi? Bu barədə düşün”, - @milksheikhman yazıb.

“Məni İraqa bir illik göndərdilər. Mən orada öz tanışlarım - Smit, Houks, Loş və Berni ilə idim. İndi onların hamısı ölüb”, - @dyllyp yazıb. Onun sözlərinə görə, onlardan birini döyüşdə snayper öldürdü, digəri maşını sərxoş sürərkən qəzaya uğradı, üçüncü intihar etdi, dördüncü xərçəngdən öldü.

“Ərimin sağlamlığı o dərəcədə pisləşdi ki, çətinliklə nəfəs almağa başladı, mən müdaxilə etməli oldum və onun adından əlillik müavinəti üçün ərizə verdim. Onun ağciyərləri İraqda yanmışdı. Əks halda biz küçədə qala bilərdik”, - @MelEnterkin yazıb.

“Mənim ərim - dəniz piyadaçısı İraqda yaralanıb, ayağını itirib, ağrıkəsicilərə görə narkoman olub, sonra ölüb”, - @KarieWrites bildirib.

Istifadəçilərin bir hissəsi “Narıncı Agent”-in (Agent Orange) (ABŞ-ın Vyetnamla müharibəsində istifadə etdiyi kimyəvi məhlul) amerikalı hərbçilərin sağlamlığına təsir etdiyi mənfi nəticələri xatırlayıblar.

“Sevimli atam bir neçə illik mübarizədən sonra üç il əvvəl xərçəngdən öldüyü üçün özü danışa bilmədi. Onilliklərlə sonsuz müalicə - bütün bunların səbəbi isə “Narıncı Agent” idi”, - @MBwendeAnderson yazıb.

“Qonşumun atasının ayağını “Narıncı Agent” səbəbindən bir neçə ildən sonra amputasiya etdilər”, - @tinsbabe paylaşıb.

Həmçinin qohumları və ya özlərinin xidmət zamanı zorakılığa məruz qaldığı şəxslər də vardı.

“Mən yox, amma anam xidmət edib. O, komandirlərindən biri tərəfindən təcavüzə uğrayıb. Ailəm və mən 15 il sonra işdən çıxana qədər bu barədə bilmirdik. İndi o, post-travmatik stress pozuqluğu və depressiyadan əziyyət çəkir”, - @dazzymaiee paylaşıb.

Bir çox istifadəçilər xatırladıb ki, müharibə dəhşətləri hər kəsin ruhunda silinməz izlər buraxır.

“Mənim ən yaxşı uşaqlıq dostum orduya xidmətə getdi. O, hər zaman tanışlarım arasında ən xoşbəxti idi. Xidmətdən sonra o, tamamilə dəyişdi və nəticədə intihar etdi. Mən sənə nifrət edirəm, ordu!”, - @Balancement yazıb.

“Mən atamı Vyetnamda itirdim. O, sağ qaldı, amma yararsız valideyn və həyat yoldaşı oldu. Onu orduya snayper olaraq göndərdilər, mən onu doğulana qədər itirdim”, - @shinygeekgirl yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR