Slimfit
  1. AZƏRBAYCAN

AMEA vitse-prezidenti nazirlikləri qınadı – “Potensialımızdan yararlanmırlar”

AMEA vitse-prezidenti nazirlikləri qınadı – “Potensialımızdan yararlanmırlar”
Sakura

AMEA vitse-prezidenti nazirlikləri qınadı – “Potensialımızdan yararlanmırlar”

“Nazirliklərimiz elmə yönəlmirlər və AMEA-nın potensialından istifadə etməyərək,xarici ölkələrə üz tuturlar”.

AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın vitse-prezidenti,akademik Rasim Əliquliyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

O, akademiyada bir çox problemlərin olduğunu qeyd edib:

“Nazirliklərimiz xüsusən də Kənd Təsərrüfatı Nazirliyi elmə və innovasiyalara az dəstək verir və ümumiyyətlə dəstək vermirlər. Onlar xarici ölkələrə və şirkətlərə yönəlirlər.Bu da bizim gəlirlərimizin aşağı düşməsinə səbəb olub.Mən onlara demək istərdim ki,elmə dəstək versinlər və öz ölkəmizin insanlarının əməyindən istifadə etsinlər”.

Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağıbda akademiyanın bölmə rəhbərləri hesabat məruzəsi ilə çıxış ediblər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR