Slimfit
  1. MEDİA

AMEA və Azərbaycan Dövlət Televiziyasının elmin populyarlaşdırılması sahəsində birgə fəaliyyəti genişləndirilir

AMEA və Azərbaycan Dövlət Televiziyasının elmin populyarlaşdırılması sahəsində birgə fəaliyyəti genişləndirilir
Sakura

AMEA və Azərbaycan Dövlət Televiziyasının elmin populyarlaşdırılması sahəsində birgə fəaliyyəti genişləndirilir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin oktyabrın 16-da keçirilən iclasında elmin populyarlaşdırılması sahəsində AMEA ilə Azərbaycan Dövlət Televiziyasının birgə fəaliyyətinin genişləndirilməsi barədə məsələ müzakirə edilib.

Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, son dövrlər AMEA-da həyata keçirilən çoxprofilli islahatların mühüm istiqamətlərindən birini ictimaiyyətlə əlaqələrin yenidən qurulması, elmi nailiyyət və biliklərin populyarlaşdırılması təşkil edir. Qeyd edib ki, həyata keçirilən həmin tədbirlərin davamı olaraq, AMEA Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli qərarı ilə “Elm və innovasiya” elmi-publisistik proqramı təsis edilib.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, “Elm və innovasiya” proqramı üç ildən artıqdır ki, ölkəmizdə dövlətin elm sahəsindəki siyasətinin həyata keçirilməsi, AMEA-nın qarşısında duran vəzifə və tapşırıqların icrası, elmi-innovativ layihələrin geniş müzakirəsi, elmi və texnoloji sferadakı yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın yüksəldilməsi istiqamətində uğurla fəaliyyət göstərməkdədir. Alim qeyd edib ki, bu günədək Azərbaycan Dövlət Televiziyasında 60 sayı yayımlanan və hər bir buraxılışı 45 dəqiqədən ibarət olan “Elm və innovasiya” proqramında Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr respublikanın görkəmli elm xadimləri ilə geniş müzakirə edilib. Proqramda qaldırılan məsələlər özünün aktuallığı, əhəmiyyəti və müasirliyi ilə geniş ictimaiyyətin marağına səbəb olub və elmi-intellektual auditoriyanın rəğbətini qazanıb. Akademik əlavə edib ki, bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi “Elm və innovasiya” proqramının auditoriyasının genişləndirilməsi məqsədilə verilişlərin yeni formatda və Azərbaycan Dövlət Televiziyasının studiyasında çəkilişi nəzərdə tutulur.

 Akademik Rasim Əliquliyev onu da bildirib ki, AMEA ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən uğurlu əməkdaşlığın davamı olaraq, bir sıra layihələrin, o cümlədən “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır. Qeyd edib ki, “Elm və biznes” proqramı çərçivəsində elmi-innovativ fəaliyyət sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması, eləcə də alimlərlə bisnes sektorunda çalışan şəxslərin sıx təmasının yaradılması üçün verilişlərin hazırlanması da nəzərdə tutulur.

İclasda qeyd olunanları nəzərə alaraq, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, ayrı-ayrı elm sahələrinə dair biliklərin geniş ictimaiyyətə çatıdırılması məqsədilə AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına məsələ ilə bağlı təkliflərini AMEA Rəyasət heyətinə təqdim etmək tapşırığı verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR