Dərc edildi: Baxış sayı: 515
AMEA-nın xərcləri azaldıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,azaldılma Maliyyə Nazirliyinin "Büdcə sistemi haqqında" qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə" AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib.
Bununla da AMEA-nın dövlət büdcəsindən maliyyələşən elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılıb ki, müəssisə və təşkilatların 2020-ci il üçün nəzərdə tutulmuş xərclər smetasının icrasında bir sıra xərc maddələri üzrə azalmalar nəzərə alınsın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət