Slimfit
  1. MEDİA

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasında olub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev  Rusiya Elmlər Akademiyasında olub
Sakura

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasında olub

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Federasiyasına səfər edib. Səfər çərçivəsində akademik Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb.

Görüşdə akademik Aleksandr Sergeyev REA-nın ötənilki fəaliyyəti haqqında danışıb. Akademiyalar arasında elmi əlaqələrin inkişafına xüsusi toxunan A.Sergeyev uzun illərdir REA ilə AMEA-nı səmərəli əməkdaşlıq birləşdirdiyini deyib.

Akademik İbrahim Quliyev öz növbəsində REA-nın rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib. Ötən ilin AMEA üçün də səmərəli olduğunu qeyd edən İ.Quliyev yeni layihələrə imza atıldığını, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Rusiyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirildiyini, müştərək tədqiqat və layihələrin həyata keçirildiyini söyləyib. Akademik REA-nın prezidentinin başçılığı altında nümayəndə heyətini AMEA-ya dəvət edib.

Sonra tərəflər gələcəkdə müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatlara yönələn potensialın genişləndirilməsi məqsədilə əməkdaşlıq haqqında sazişin yenidən imzalanması məsələsini müzakirə ediblər.

Görüşdə REA-nın prezidentinin müavini, akademik Taliya Xabriyeva, Xarici Əlaqələr İdarəsinin rəisi Olqa Qluxovtseva və Q.V.Plexanov adına RİU-nun Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov iştirak ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR