Dərc edildi: Baxış sayı: 545
AMEA-nın saytının baş redaktoru işdən çıxdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.
Ens.az “Report”-a istinadən xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.
Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.
AMEA-nın saytı Azərbaycanın ilk veb-portalıdır, sayt 1995-ci ildə fəaliyyətə başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət