AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarının təhsil sahəsində uğurları
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarının təhsil sahəsində uğurları
Təhsil ictimaiyyətin əldə etdiyi bilikləri, bacarıqları və dəyərlərini bir nəsildən digərinə ötürən bir prosesdir. Təhsil inkişafın, eləcə də insanların gücləndirilməsi üçün lazım olan əsas faktorlardan biridir. Təhsil insanları bilik və məlumatlarla təmin edir, həmçinin özünə hörmət və özünə inam hissini yaratmağa, potensialı reallaşdırıb, inkişaf etdirməyə kömək edir.
Prezidentimiz İlham Əliyev də təhsilə diqqət və qayğı göstərir. Ölkə prezidentinin Azərbaycanın parlaq gələcəyi üçün təhsil sahəsində apardığı islahatlar bunun bariz nümunəsidir.Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev də kitabxana əməkdaşlarının təhsilinin inkişaf etməsində əlindən gələni əsirgəmir. Beləki son bir ildə Mərkəzi Elmi Kitabxananın 2 əməkdaşı fəlsəfə doktorluğu müdafiə etmiş, 3 əməkdaş magistraturaya daxil olmuş, subbakalavr təhsili olan əməkdaşlar isə tam təhsil pilləsinə yüksəlmişdir.
2021-ci il ərzində müxtəlif ölkələrdə (Rusiya, Türkiyə, Belarusiya, Ukrayna və s.) keçirilən elmi konfranslarda 60-dan çox tezis və məqalələrlə çıxışlar edilmiş, MEK Türkiyədə keçirilən konfranslara təşkilatçılıq etmişdir. Konfranslarda tezis və məqalələrlə çıxış edən əməkdaşlar MEK-in baş direktoru tərəfindən mükafatlandırılır ki, bu da əməkdaşlara daha çox araşdırmalar aparması üçün stimul verir.
Mərkəzi Elmi Kitabxanada hal-hazırda 1 professor, 1 dosent, 4 fəlsəfə doktoru, 14 doktorant və dissertant fəaliyyət göstərir. 2 əməkdaş isə fəlsəfə doktorluğunu müdafiə etmiş, sənədlərini Ali Attestasiya Komissiyasına təqdim etmişdir. Təhsil alan əməkdaşlara; imtahan dövrlərində təhsil məzuniyyəti, onlayn konfranslarda yaradılan şəraitdən tutmuş, müxtəlif ölkələrdə keçirilən konfranslarda öz məqalələri ilə şəxsən çıxış etmək imkanına kimi Mərkəzi Elmi Kitabxana hər cür şərait yaradır.
2021-ci il ərzində MEK əməkdaşlarının Türkiyəyə, Rusiyaya ezamiyyətləri olmuş və orada keçirilən konfranslarda dövlətimizi, MEK-i layiqincə təmsil etmişlər.
MEK əməkdaşlarının xoşbəxtliyi ondan ibarətdir ki, təhsilə, elmə dəyər verən, onlar üçün hər cür şərait yaradan elm adamı, professorun rəhbərliyi ilə çiyin-çiyinə, birgə fəaliyyət göstərirlər. Çünki dövlətimizdə nə qədər ziyalı gənclər olarsa, dövlətimiz də bir o qədər güclə inkişaf edər.
Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət