Slimfit
  1. MEDİA

AMEA ilə Dövlət Sərhəd Xidməti arasında Niyyət Sazişi imzalanıb

AMEA ilə Dövlət Sərhəd  Xidməti arasında Niyyət Sazişi imzalanıb
Sakura

AMEA ilə Dövlət Sərhəd Xidməti arasında Niyyət Sazişi imzalanıb

Noyabrın 7-də Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Sərhəd Xidməti arasında Niyyət Sazişinin imzalanması mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizə­si­nin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhə­miyyət kəsb etməsini vurğulayıb və birgə fəaliyyətin uğurlu da­vamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə ediblər.

            Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məh­sul­ların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiy­yət verilir.

            Bu sahədə AMEA Strateji Elmi-Tədqiqat Mərkəzi, AMEA Yük­sək Texnologiyalar Parkı və Dövlət Sərhəd Xidməti arasında qarşılıqlı faydalı münasibətlər qurulub, dövlət sərhədinin mühafizəsi üzrə elmi tədqiqatların, təcrübə-konstruktor işlə­rinin aparılması və sərhəd mühafizə orqanlarının xidməti fəaliyyətində tət­biqi üzrə əməkdaşlığın inkişafı təmin edilib.

            Niyyət Sazişində AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

            Sənədi akademik Akif Əlizadə və general-polkovnik Elçin Quliyev imzalayıblar.



 
AMEA Rəyasət  Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR