Slimfit
  1. MEDİA

AMEA Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Ktabxanaya təqdim edilib

AMEA Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Ktabxanaya təqdim edilib
Sakura

AMEA Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Ktabxanaya təqdim edilib

AMEA-nın regional elmi mərkəzlərində akademik elmin inkişafı, elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi, fundamental, multidissiplinar və tətbiqi araşdırmaların vüsət alması elmin informasiyalaşdırılması prosesinin təminatçısı olan Mərkəzi Elmi Ktabxananın da qarşısına mühüm vəzifələr qoyur. Azərbaycanın hər bir bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası, təbii ehtiyatları və s. əlaqədar aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti məlumatlandırmaq MEK-in öhdəsinə düşən ən mühüm vəzifələr sırasına daxildir. Regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ informasiya xidməti servisi paketi təklif edilib ((http://www.mek.az/article.aspx?id=6292). Müraciət ziyalıların böyük marağına səbəb olub.Təşəbbüsə öz elmi resurslarını təqdim etməklə ilk qoşulan Gəncə Bölməsi olub. Bununla əlaqədar yaradılmış işçi qrup bölmə alimlərinin elmi əsərlərinin kolleksiyasını (professor Xəlil Yusiflinin dahi mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi monoqrafiyalar, bölmənin digər əməkdaşlarının Polşada, Çexiyada ingilis dilində çap olunmuş kitabları, Ulu öndər Heydər Əliyev və Gəncə mövzusunda beş cildlik və s.), elektron formatda zəruri biblioqrafik resursları MEK-ə təqdim edib. Artıq təqdim edilən elmi nəşrlər beynəlxalq biblioqrafik standartalara uyğun işlənililmiş, məlumat bazasında yerləşdirilmiş və sərgisi təşkil edilmişdir. Sərginin interaktiv təqdimatı da nəzərdə tutulur. 

Təqdimatdan sonra MEK rəhbərliyi və kollektivi AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevə, bölmənin, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənova, eləcə də gəncəli alimlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycanın, eləcə də Şərqin qədim elm və mədəniyyət mərkəzlərindən biri olmuş Gəncə görkəmli şəxsiyyətləri, mütəfəkkirləri ilə tanınıb. 

Prezident İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu Gəncə Bölməsi təsis edilib. Bölmənin elmi-tədqiqat müəssisələrində çalışan alimlər Azərbaycan elminin inkişafına bu gün də mühüm töhfələr verməkdə davam edirlər. Xüsusilə Gəncə-Qazax bölgəsinin təbii sərvətləri və sənayenin müxtəlif sahələrində onlardan səmərəli istifadə olunması, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin tədqiqi, bölgənin ədəbi-mədəni irsi, tarixi və etnoqrafiyası və s istiqamətlərdə aparılan tədqiqatlar, əldə edilmiş elmi nəticələr eyni zamanda Azərbaycan və dünya elm tarixinə yazılmaqda olan yeni-yeni səhifələrdir. Bunlar ayrı-ayrı monoqrafiyalarda, kitablarda, elmi toplu, dərgilərdə, eləcə də elektron formatda işıq üzü görməkdədir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR