Slimfit
  1. CƏMİYYƏT

AMEA-dan koronavirusla bağlı yeni açıqlama: Bolluca istirahət edin

AMEA-dan koronavirusla bağlı yeni açıqlama: Bolluca istirahət edin
Sakura

AMEA-dan koronavirusla bağlı yeni açıqlama: Bolluca istirahət edin

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın yeni qaydalarını açıqlayıb.
 
Akademiyadan AZXEBER.COM-a bildirilib ki, AMEA-nın Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib.
 
Qeyd olunub ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir.
 
Bildirilib ki, bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər:
 
"Azərbaycanda isə COVİD-19-a yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını dəməyə əsas verir. Bununla yanaşı, fərdlərin dezinfeksiya işlərinə ciddi yanaşmasının böyük əhəmiyyəti vardır".
 
AMEA-nın Biofizika İnstitutunda keçirilən müzakirələrdə vurğulanıb ki, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün və ümumi soyuqdan qorunmaq üçün aşağıdakı qaydalara riayət olunması vacibdir:
 
- Əlləri sabun və ilıq su ilə yumalı və ya alkoqol tərkibli əl təmizləyicisi ilə yaxşıca silməli;
 
- Əlləri və barmaqları gözlərdən, burun və ağızdan uzaq saxlamalı;
 
- Yoluxmuş insanlarla yaxın təmasda olmaqdan çəkinməli;
 
- İctimai nəqliyyatdan və digər qələbəlik olan yerlərdən az istifadə etməli;
 
- İmkan daxilində alış-verişi onlayn etməli və ya ödəmələri elektron yolla, plastik kartlar vasitəsilə həyata keçirməli. (Nağd pul sellüloza lifləri ilə zəngin materialdan olduğundan onlar sellüloza lifləri arasında potensial virus daşıyıcısıdır. Azərbaycanda banklar nağd pulları dezinfeksiya etsələr də, xəstə insanlarla təmas nəticəsində koronavirus bu yolla da yayıla bilər. Ona görə küçə ticarətindən yayınmaq məsləhətdir).
 
Xüsusi qeyd etmək lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına rəiyyət etməsi olduqca vacibdir.
 
Koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni etmək lazımdır:
 
- Bolluca istirahət etməli;
 
- Çox maye qəbul etməli, dehidrasiyadan (bədəndə su çatışmazlığı) yayınmalı;
 
- Boğaz ağrısı və hərarətə qarşı dərman qəbul etməli; (Lakin uşaqlara və 19 yaşdan kiçik gənclərə aspirin əks göstəriş olduğundan, həkim məsləhəti olmadan ibuprofen-dən istifadə edilməməlidir. Həkimlə məsləhətləşdikdən sonra asetaminofen tərkibli həblərdən istifadə edilməlidir).
 
- Nəmləndirici və ya parlı duş da iltihablı boğaz ağrılarını sakitləşdirməyə kömək edə bilər.
 
İmkan daxilində ətrafda olan vasitələrindən, alətlərdən və s. istifadə edərkən müxtəlif sterilləşmə metodlarından müntəzəm istifadə edilməlidir. Sterilləşmə metodlarına aşağıdaklar daxil edilə bilər:
 
- Kiçik məsaməli (nano ölçüdə) filtrlərdən süzməklə maye dərman preparatlarını sterilləşdirmək olar;
 
- Termal sterilləşmə metodlarından (qızdırmaq, qaynatmaq, təzyiq altında sterilləşmə və s.) istifadə etməklə metal, saxsı, şüşə və ya digər sudan qorxmayan materialları sterilləşdirmək olar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR