Slimfit
  1. AZƏRBAYCAN

AMEA-dan ixtisar xəbərlərinə - Münasibət

AMEA-dan ixtisar xəbərlərinə - Münasibət
Sakura

Azərbaycan Milli Elmlər Akademiyası orada aparılan ixtisarlarla bağlı xəbərlərə münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyası orada aparılan ixtisarlarla bağlı xəbərlərə münasibət bildirib.

AMEA-nın mətbuat xidmətinin rəhbəri Səbuhi Qəhrəmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumda müəyyən dəyişiklik edilib:

“Bildiyiniz kimi elmi idarəetmə sisteminin modernləşdirilməsi AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir.

Bu yaxınlarda AMEA Rəyasət Heyətinin aparatının elmi idarəetmə sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə aparatın strukturunda müəyyən dəyişikliklər edilib”.

“Yeni strukturda nəzərdə tutulmayan ştat vahidləri üzrə çalışmış əməkdaşlar dəyişikliyə uyğun olaraq başqa vəzifələrə keçirilib. Yəni ixtisarlardan söhbət gedə bilməz”- Səbuhi Qəhrəmanov qeyd edib.

Qeyd edək ki, son zamanlar elmi işçilərin bir qismi AMEA-da iş saatlarının çox olmasından narazılıq edir. Onlar iddia edirlər ki, AMEA-nın kitabxanası əvvəllər bina daxilində olub. Alimlərin kitabxanada keçirdikləri saatlar iş saatı sayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR