Slimfit
  1. CƏMİYYƏT

AMEA-da vəzifəli şəxs işdən çıxdı

AMEA-da vəzifəli şəxs işdən çıxdı
Sakura

AMEA-da vəzifəli şəxs işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb. 

Ens.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onun hansı səbəblərdən ərazisini yazdığı hələlik bəlli deyil. Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı. 

Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə səsləşmir. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur. 

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə "Vikipediya" sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə "Vikipediya" hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. "Vikipediya"nın reytinq cədvəlində Azərbaycan irəliləyib.

Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR