Slimfit
  1. MEDİA

AMEA-da Hesablama Palatasının sədri ilə görüş keçirilib

AMEA-da Hesablama Palatasının sədri ilə görüş keçirilib
Sakura

AMEA-da Hesablama Palatasının sədri ilə görüş keçirilib

Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bugünkü görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə -maliyyə nəzarəti orqanının sədri Vüqar Gülməmmədovun Akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və əməkdaşlara tövsiyələrini vermək məqsədilə təşkil edildiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun faəliyyəti barədə danışıb, prioritet istiqamətlərdən ətraflı söz açıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixdə keçirilmiş Ümumi yığıncağında qəbul edilmiş “AMEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”nın strateji istiqamətlərindən danışan Vüqar Gülməmmədov bu proqramın böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib. Milli Elmlər Akademiyasında qarşıya qoyulan məqsədlərə çatmaq üçün elmin inkişafına dair proqramın prioritet istiqamətlər kimi qəbul edilməsi ölkəmizdə elmin yüksək templə inkişafı ilə yanaşı Akademiyaya müxtəlif qurumlarla səmərəli iş birliyinə imkan verən sistemin qurullmasına şərait yaradacağına əminliyini ifadə edib.Həmçinin dövlət əmlakının idarə edilməsi, büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən istifadə qaydaları və s. barədə ətraflı bəhs edən Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanının sədri bir sıra vacib məsələlər barədə tövsiyələrini bildirib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AMEA əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb. Sual-cavab müzakirələrində AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi əməkdaşlar iştirak ediblər.

Sonda akademik Ramiz Mehdiyev səmərəli görüşdə iştirakına, alimləri maraqlandıran sualları cavablandırdığına və verdiyi tövsiyələrə görə Akademiya əməkdaşları adından Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədova minnətdarlığını ifadə edib. AMEA rəhbəri rəsmi dövlət qurumlarının rəhbərləri ilə AMEA əməkdaşlarının belə formatda görüşlərinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR