Slimfit
  1. AZƏRBAYCAN

AMEA alimləri nə ixtira edir?

AMEA alimləri nə ixtira edir?
Sakura

AMEA alimləri nə ixtira edir?

Təkcə 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib.

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyev Hafta.az saytına müsahibəsində “Azərbaycanda alimlər nə ixtira edir ki?” sulına cavab olaraq bildirib.

AMEA-nın şöbə müdirinin sözlərinə görə, 2016-cı ildə Akademiyanın elmi-tədqiqat institutları tərəfindən təqdim edilmiş iddia sənədləri əsasında 57 ixtiraya milli patent verib:

“Təkcə 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib. Bu ixtiralar arasında atom energetikası obyektlərində təhlükəli sahələrdə istifadə edilə bilən radiasiyaya davamlı elastomer material, metal səthlərin korroziyadan nühafizə üsul və vasitələri, müxtəlif təyinatlı müasir sürtkü yağları, xüsusi keyfiyyətlərə malik polimerlər, kənd təsərrüfatı üçün yeni kompleks gübrə və ziyanvericilərlə mübarizə vasitələri və s. xüsusi qeyd olunmalıdır.

Akademiyanın geoloq və kimyaçı alimlərinin birgə əqli məhsulu olan “Membranlı filiz emalı texnologiyası” patentinin tətbiqi hər bir filizin və ya filiz tullantısının geokimyəvi və mineraloji tərkibindən asılı olaraq, münasib membran qrupunu tərtib etməklə ekologiyaya ziyan vurmadan lazım olan komponentləri ayırmağa və saf hala gətirməyə imkan verəcək. Fiziklər alternativ və bərpa olunan enerji mənbələrində iki şinalı hibrid sistemdən istifadə üsulunu hazırlayıblar, hansı ki, bu, günəş, külək və digər alternativ və bərpa olunan mənbələrdən əldə olunan sabit enerjini dəyişən cərəyana çevirmədən daşımaq və istehlakçıya çatdırmaq perspektivləri açır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR