AMB: Nağdsız ödənişlərin 10 faiz artması kölgə iqtisadiyyatını 5 faiz azaltmağa kömək edir
"Hazırda Azərbaycanda mövcud olan 8,4 milyon plastik kartın 1,9 milyonu təmassız kartlardır".
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov “Visa” ilə müştərək olaraq “Visa ilə mobil app vasitəsilə ödəyin” kampaniyasının başlamasını şərh edərkən bildirib.
“Üstəlik hazırda istifadə olunan 28 min POS terminal təmassız kartlar, yaxud NFC funksiyalı mobil cihaz vasitəsilə ödəmələri dəstəkləyir”, – bank nümayəndəsi qeyd edib.
Ekspertin dediyinə görə, AMB son meylləri öyrənib yeni texnologiyaları tətbiq etməklə ödəniş kanallarının inkişafını təmin etməyi ən mühüm hədəflərdən biri hesab edir: “Nağdsız Azərbaycan konsepsiyası çərçivəsində nağdsız ödəmələrinin tətbiqi üçün daha əlverişli şərait yaratmaq üçün tədbirlər görürük. Belə ki, nağdsız ödəmələrin 10 faiz artması kölgə iqtisadiyyatın 5 faiz azalmasına şərait yaradır. Bu cür kampaniyalar sayəsində ölkədə nağdsız ödəniş vasitələrinin inkişafı təmin olduğu şəksizdir”.
Xatırladaq ki, “Visa” beynəlxalq ödənişlər şirkəti 2019-2020-ci illərdə ABB, Kapital Bank, Bank Respublika ilə birgə ölkədə “Visa Token Service” proqramını tətbiq edib. Bu qabaqcıl proqram onlayn və mobil alış-verişlər sahəsinə təmassız ödəmələr və başqa mühüm yeniliklər gətirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət