Dünyanın ən zəngin adamı unikal saat tikdirir
ABŞ-ın "Amazon" korporasiyasının sahibi, 100 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin adamı olan Ceff Bezos 10 min il çalışacaq saat inşa etdirir.
Milli.Az CBS-ə istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı dağda yerləşən "10000YearClock" adlı mexaniki saatın inşası 42 milyon dollara başa gələcək.
152,4 metrlik mağarada yerləşən mexaniki saat gündüz və gecə temperatur tskilləri ilə çalışır, günorta vaxtı ilə sinxronizə olunub.
Layihəni Denni Hillis və Zander Rouzun başçılıq etdiyi komanda reallaşdırır.
"10 min il ərzində ABŞ yoxa çıxacaq. Bütöv sivilizasiyalar inkişaf edəcək, qüruba uğrayacaq. Yeni idaretmə sistemləri kəşf ediləcək. Yeni dünyanı təsəvvür edə bilməzsiniz. Kimsə təsəvvür edə bilməz. Amma bütün bu vaxtı yeni saatla qət edəcəyik", - Bezos Twitter-dəki profilində yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət