Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alüminium qablaşdırmaların üstünlükləri nələrdir?

Alüminium qablaşdırmaların üstünlükləri nələrdir?
Sakura

Alüminium qablaşdırmaların üstünlükləri nələrdir?

Müasir dövrümüzdə piştaxtalarda eyni çeşidli, ancaq müxtəlif dizaynda qablaşdırılan yüzlərlə məhsul görmək olur.

İstehlakçılarda ilkin olaraq güclü təəssürat yaratmaq üçün atılan bu addım, son zamanlar qida sənayesində daha da geniş yayılmaqdadır. Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata əsasən, hal-hazırda ölkəmizdə qida məhsulları, əsasən, plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırılmalarda istehsal olunur.

Qablaşdırmanın əhəmiyyəti isə yalnızca istehlakçının diqqətini məhsula çəkməklə bitmir. Eyni zamanda, qida məhsullarının istehsal olunduqdan sonra daşınma, saxlanılma və istifadəsi müddətində keyfiyyətinin qorunub saxlanılması və müxtəlif kimyəvi maddələrin təsirinə məruz qalmamasında da xüsusi rol oynayır.

“The Aluminum Association”ın məlumatına əsasən, istehlakçılar tərəfindən rəğbətlə qarşılanan və xüsusilə də əczaçılıq, kosmetika və qida sənayesi (uşaq qidaları, ət məhsulları, müxtəlif növ şirniyyatlar, çay, enerji içkiləri və hazır qidalar) kimi həssas sahələrdə alüminium qablaşdırmaların istifadəsi artıb. Maraqlıdır, alüminium qablaşdırmaların geniş istifadəsinin səbəbi və üstünlükləri nələrdir?

Tarixi hələ 1900-cü illərin əvvəlindən başlasa da gigiyenik olması və məhsulun keyfiyyətinə təsir edən müxtəlif ultrabənövşəyi şüalar, mikro-orqanizmlər, oksigen və su buxarından tamamilə qoruması alüminium qablaşdırmanın əsas üstünlüklərindən biridir. İstifadəçilərin seçiminin digər səbəbi isə bu növ qablaşdırmanın məhsulun dadını və ətrini uzun müddət qorumaqla yanaşı, həm də yüngül çəkiyə sahib olmasıdır. Eyni zamanda, keyfiyyət və davamlılığını itirmədən, 100% təkrar emal edilə bilmə xüsusiyyəti alüminium qablaşdırmanın həm də ekoloji təmiz və təbiət dostu olmasına səbəb olur. Belə ki, hal-hazırda bütün dünyada istifadə olunan alüminium qabların təxminən 68%-i təkrar emal edilir ki, nəticədə təbii resurslardan istifadə olunmasının qarşısı alınır.

Buna görə də alüminium qablaşdırmalar içki sektorunda da geniş istifadə olunur. Bu gün demək olar ki, vitrinlərdə çoxlu sayda alüminium qablaşdırmalarda olan içki növlərini görə bilirik. Hətta Azərbaycan enerji içkisi bazarında böyük pay sahibi olan “HELL” enerji içkisinin bir çox içki istehsalı ilə məşğul olan şirkətlərdən fərqli olaraq, özünə məxsus 100 % alüminium qab istehsal edən zavodu da mövcuddur. Belə ki, Macarıstanda qurulan zavod hər saniyə 50, ümumilikdə isə gündəlik 4,5 milyon alüminium qutu istehsal etməkledir. “HELL” şirkətlər qrupuna daxil olan “Quality Pack” zavodunun CEO-su Barnabas Csereklye müsahibələrindən birində gələcək üçün əsas hədəflərinin ətraf mühitin qorunması istiqamətində xüsusi addımların atılması və mövcud xammalı artırmadan, istehsal olunan aluminium qutuların sayını çoxaltmaqdır.

 

Mənbə : 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR