Bağlamada 20-50 qramlıq külçə qızıl olub
Bağlamada 20-50 qramlıq külçə qızıl olub
Fransanın Vann şəhərində yaşayan 27 yaşlı Jülyen Kayno həyat yoldaşı üçün sifariş etdiyi alt paltarının əvəzində qızıl külçə alıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sifarişi təslim aldıqdan sonra bağlamanı açan şəxs qızıl gördükdə təəccüblənib.
“İmzalayarkən paketə diqqət yetirmədim. Bağlama böyük deyildi, amma ağır idi. Bağlamadan alt paltarının çıxacağını gözləyirdim, amma tamamilə fərqli bir şeylə qarşılaşdım” – deyə Jülyen Kayno bildirib. Jülyen Kayno bağlamanın üzərindəki ünvanın ona aid olmadığını gördükdə öncə həmin ünvana, evdə heç kəs olmadığı üçün daha sonra isə polisə müraciət edib. Qızıl külçə polis tərəfindən ünvanına göndərilib.
Qeyd edək ki, bağlamada 20-50 qramlıq külçə qızıl olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət