Dərc edildi: Baxış sayı: 773
Almatıdan 117 azərbaycanlı Vətənə gətirildi
Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.
Ens.az xəbər verir ki,Aviaşirkətdən Oxu.Az-a verilən məlumata görə, iyulun 24-də AZAL-ın çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlib.
Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.
Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət