Slimfit
  1. AZƏRBAYCAN

Almatıda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Almatıda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Sakura

Almatıda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Fevralın 24-də Almatı şəhərindəki "İnterkontinental" otelində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin təşkilatçısı Mehdi Məmmədov AZƏRTAC-a bildirib ki, mərasimdə görkəmli dövlət xadimləri, alimlər, yazıçılar, Qazaxıstanın, Özbəkistanın və Azərbaycanın tarixçiləri, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsinə həsr edilmiş sənədli filmin nümayişi olub.

Mərasimdə görkəmli şair, yazıçı, ictimai və dövlət xadimi, Azərbaycanın böyük dostu Oljas Süleymenov, Muxtar Auezov adına Beynəlxalq Fondun rəhbəri Muxtar Auezov, Dinməhəmməd Kunayev Beynəlxalq Fondunun rəhbəri Diyar Kunayev, tarix elmləri doktoru Marat Sembin, tanınmış özbək tarixçisi və publisisti Şuhrat Barlas, "Turan" azərbaycanlılar Konqresinin prezidenti Müseyib Novruzov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Teymur Atayev və başqaları çıxış ediblər. Onlar azərbaycanlıların ürəyində qanayan yara olan dəhşətli Xocalı faciəsindən bəhs edib, Qazaxıstan-Azərbaycan xalqlarının dostluğundan danışıblar.

Sonra Xocalı qurbanlarının ruhuna Müqəddəs Qurandan ayələr oxunub, ehsan verilib.

Tədbir iştirakçılarına Xocalı faciəsindən, azərbaycanlıların deportasiyasından bəhs edən kitablar paylanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR