Slimfit
  1. TEXNOLOGİYA

Almaniyanın onlayn-bankı kreditləşmədə bitkoindən istifadə edəcək

Almaniyanın onlayn-bankı kreditləşmədə bitkoindən istifadə edəcək
Sakura

Almaniyanın onlayn-bankı kreditləşmədə bitkoindən istifadə edəcək

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən onlayn bank - “Bitbond” müştərilərinə bitkoin və digər kriptovalyutalarda kredit verəcək. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu növ krediti bir neçə dəqiqəyə almaq mümkün olacaq. Daha sonra məbləğ avtomatik olaraq onu qəbul edən şəxsin ölkəsinin milli valyutasına mübadilə olunacaq. Bununla da, kriptovalyutanın məzənnəsinin dalğalanmasının qarşısı alınacaq. 

“Ənənəvi yolla pul çatdırılması bankların valyuta mübadiləsi üçün tutduqları komissiya ucbatından baha başa gəlir və bəzən bir neçə gün çəkir. “Bitbond”un köməyi ilə ödənişlər müştərinin harada olmasından asılı olmayaraq tez həyata keçiriləcək. Bu, internet vasitəsilə qısa zamanda və daha az komissiya ilə reallaşacaq” - deyə “Bitbond” platformasının icraçı direktoru Radoslav Albrext qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR