Slimfit
  1. HƏRB

Almaniyanın Ermənistana gələn hərbi təyyarəsinin arxasındakı MÜƏMMA

Almaniyanın Ermənistana gələn hərbi təyyarəsinin arxasındakı MÜƏMMA
Sakura

Almaniyanın Ermənistana gələn hərbi təyyarəsinin arxasındakı MÜƏMMA

Almaniyanın nüfuzlu dövri nəşri olan “Spiegel” iyul ayının sonlarında Türkiyənin Almaniyaya məxsus hərbi təyyarənin öz hava sahəsindən keçməklə İrəvana getməsinə icazə vermədiyi barədə məlumat yayıb. Türkiyə tərəfi qadağa üçün iyul döyüşlərini səbəb kimi göstərib. Təyyarənin Ermənistana getməsinin məqsədi isə guya Ermənistandan bir qrup hərbçini Almaniyaya təlim keçmək üçün aparmaq olub.

Alman təyyarəsi İrəvana getmək üçün havaya qalxdığı Kölnə qayıtmalı olub. Türkiyə qadağa ilə bağlı mövqeyini dəyişməyib. Ancaq avqustun ortalarında Almaniyanın hərbi təyyarəsi erməni hərbi qulluqçularını Almaniyaya təlim keçmək üçün aparmaq məqsədilə İrəvana gəlib. Bu tapşırığı yerinə yetirmək üçün Almaniya təyyarəsi daha uzun məsafə qət etməklə Rusiya hava məkanını seçib.

Türkiyənin davranışı, şübhəsiz ki, Ermənistanın hərbi məğlubiyyətə uğradığı və ciddi hərbi-siyasi narahatlıq içində olduğu Tavuşda baş verən hadisələrlə bağlıdır.

Maraqlıdır ki, mənbənin əldə etdiyi məlumata görə Almaniya tərəfi erməni tərəfindən Türkiyənin hava məkanı üzərindəki uçuş qadağası ilə bağlı məlumat yaymamasını xahiş edib. Ancaq bir müddət sonra bu məlumat məhz nüfuzlu Alman “Spiegel” nəşrində dərc edilib. Bu, çox güman ki, Türkiyə-Almaniya münasibətlərindəki nəzərəçarpacaq bir dəyişikliyə işarə edir.

Almaniyanın bunu niyə indi göstərməyə qərar verməsi də başqa bir sualdır və bir sıra amillərlə, o cümlədən Türkiya-Almaniya, NATO-Türkiyə, Almaniya-Rusiya münasibətləri ilə bağlı ola bilər. Almaniyanın Rusiya ilə Ermənistana yola düşmə barədə razılığa gəlməsi diqqət çəkir.

Ankara erməni hərbçilərini Almaniyaya daşımaq üçün uçan təyyarənin Ermənistana mühüm hərbi yük daşıdığından şübhələnibmi? Prezident İlham Əliyevin təxminən iki həftə əvvəl Rusiya prezidenti Putinə telefonla zəng edərək, iyul döyüşlərindən sonra Ermənistana hərbi yüklərin ötürülməsindən necə şikayətləndiyini xatırlamaq yetərlidir.

Mənbə: Ordu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR