Dərc edildi: Baxış sayı: 688
Almaniyanın ən yaxşı oyunçusu müəyyənləşdi
"Real"ın futbolçusu Toni Kroos Almaniyada bu ilin ən yaxşı oyunçusu seçilib.
Qol.az-ın məlumatına görə, Almaniya millisinin üzvü "Kicker"in alman idman jurnalistlərinin Assosiasiyasının üzvləri arasında keçirilən sorğuda birinci olub. 28 yaşlı yarımmüdafiəçi 185 səs toplayıb. Nils Petersen ("Frayburq", 39 səs) ikinci, Naldu ("Şalke", 38 səs) üçüncü olub.
Qeyd edək ki, ötən il T.Kroos bu səsvermədə ikinci olmuşdu. Onu "Bavariya"nın sabiq yarımmüdafiəçisi Filipp Lam qabaqlamışdı.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət