UEFA Millətlər Liqası çərçivəsində daha bir oyun keçirilib
UEFA Millətlər Liqası çərçivəsində daha bir oyun keçirilib.
“Qafqazinfo” xəbər verir ki, A liqasının 1-ci qrupunda yer alan Fransa öz meydanında Almaniyanı qəbul edib.
Son dünya çempionu Fransa yaxşı günlər keçirməyən rəqibini məğlub edib. Hərçənd hesabı 14-cü dəqiqədə Almaniya açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. İkinci hissədə 2 qol vuran Fransa matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.
Fransa bu qələbə ilə xalını 7-yə çatdırıb və liderliyini daha da möhkəmləndirib. Almaniya isə 1 xalla sonuncu - 3-cü yerdə qalıb. Bununla da Almaniya 2020-ci il Avropa çempionatına yüksəlmək şansını itirib.
3 xalla ikinci pillədə qərarlaşan Holandiyanın isə növbəti mərhələ şansı davam edir.
Qeyd edək ki, bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatmışdı.
Fransa - Almaniya - 2:1
Qollar: Toni Kroos, 14-pen (0:1), Antuan Qrizmann, 62 (1:1), 80-pen (2:1)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət