Slimfit
  1. DÜNYA

Almaniya müdafiə naziri: “Rusiya ilə NATO arasında müharibə başlaya bilər”

Almaniya müdafiə naziri: “Rusiya ilə NATO arasında müharibə başlaya bilər”
Sakura

Almaniya müdafiə naziri: “Rusiya ilə NATO arasında müharibə başlaya bilər”

Almaniyanın müdafiə naziri Boris Pistorios Rusiya ilə NATO arasında müharibə başlaya biləcəyini deyib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  o, alman KİV-inə müsahibəsində bildirib ki, hələlik Moskvanın Alyansa üzv olan hər hansı ölkəyə hücumunu ehtimal etmir.

“Amma biz, demək olar, hər gün Kremldən təhdidlər eşidirik. Bu yaxınlarda yenidən Baltikyanı ölkələrdəki dostlarımıza qarşı təhdidlər eşitdik. Ona görə də nəzərə almalıyıq ki, bir gün Rusiya hətta NATO ölkəsinə də hücum edə bilər”, - B.Pistorios bildirib.

Nazir ehtimal olunan savaşın yaxın 5- 8 ildə başlaya biləcəyini vurğulayıb.

B.Pistorios Almaniya Silahlı Qüvvələrini bu ssenariyə hazır olmağa çağırıb.

Qeyd edək ki, daha əvvəl NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Alyans Silahlı Qüvvələrinin artıq Rusiya ilə müharibəyə başlamağa hazır olduğunu açıqlayıb. O, bu barədə mülki əhaliyə də xəbərdarlıq edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR