Dərc edildi: Baxış sayı: 593
Almaniya da Türkiyəyə silah satışını dayandırır - Nazir
Türkiyənin "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatı səbəbindən Almaniya Türkiyəyə silah satışını dayandıracağını bildirib. Axar.az xəbər verir ki, bu barədə "Bild Am Sonntag"a açıqlama verən Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. "Türk ordusunun Suriyanın şimalındakı hərakatı səbəbindən Federal Hökumət Suriyada istifadə edilə biləcək bütün hərbi təchizatların Türkiyəyə satışı məsələsinə icazə verməyəcək”, - nazir bilirib. Qeyd edək ki, Almaniya 2018-ci ildə Türkiyəyə 243 milyon avro dəyərində silah ixrac edib. Bundan öncə isə İspaniya Türkiyəni təhdid edərək "Patriot"ları geri çəkəcəyini bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət