Almaniya böhrandan tənha varlıların hesabına çıxmaq istəyir
Almaniya koronavirusun yaratdığı böhrandan tənha varlıların hesabına çıxacaq.
Ölkədə 250 min avrodan (459 300 AZN) çox sərvətə sahib olan tənha şəxslərdən alınan vergilər artırılacaq.
“Tagesspiegel am Sonntag” bu barədə ölkənin Maliyyə naziri Olaf Şoltsa istinadla xəbər yayıb.
Bildirilir ki, həmin şəxslərdən gəlirin 45 faizi tutulacaq.
Nazir qeyd edib ki, çox qazanan vətəndaşlar ölkənin yenidən qurulmasına daha çox töhfə verməlidirlər. Bu tələbin növbəti parlament seçkilərində sosial-demokratların seçki proqramının bir hissəsi olacağı vurğulanıb.
Bir sıra ekspertlər maliyyə nazirinin təklifi ilə razılaşmırlar. Belə ki, Almaniya İqtisadiyyat İnstitutunun (IW) direktoru Maykl Hyuter bunu vaxtında atılmış addım hesab etmir:
“İndi vergi artımına dair gözləntiləri oyandırmaq vaxtı deyil. Bu, böhran dövründə onsuz da kəskin zəifləmiş investisiyalar üçün gərginlik yaradacaq”.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət