Dərc edildi: Baxış sayı: 782
Almanın özü qədər faydalı olan
Alma çəyirdəkləri möcüzəvi qida hesab olunur. Bu kiçik çəyirdəklərin tərkibində bir çox nadir faydalı maddələr var. Bu səbəbdən həkimlər almanı bütov şəkildə qabıqlar (onlar da çox faydalıdır) və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər.
Medicina.az sizə alma çəyirdəklərinin faydalarını təqdim edir:
-Tərkibində nadir xərçəng əleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır.
-Alma çəyirdəkləri yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur.
-Kaliumla zəngin olan tum ürək-damar sistemi üçün ən vacib olan mineraldır.
-Fol turşusu ilə zəngin olan meyvə tumu qanın tərkibini yaxşılaşdırır. Həmçinin dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.
-Nəzərə almaq lazımdır ki, gün ərzində 5-6 alma çəyirdəyindən artıq yemək olmaz. Çünki onların tərkibində sianid turşusu vardır. Sianid turşusu isə güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət