Slimfit
  1. MƏDƏNİYYƏT

Alman musiqiçi saza həsr olunan film çəkib

Alman musiqiçi saza həsr olunan film çəkib
Sakura

Alman musiqiçi saza həsr olunan film çəkib

Alman musiqiçisi Petra Nachtmanova musiqi aləti olan saz haqqında film çəkib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Berlində “Türk məhəlləsi” kimi tanınan Kreuzberqdə sazı dinlədiyini söyləyən filmin müəllifi deyib: “Sazın əfsanəvi ritmi məni heyran etdi. Rejissor Stepan Talneau ilə birlikdə bu ovsunlayıcı musiqi aləti haqqında film çəkdik”.

Ekran əsərinin ilk nümayişi aprelin 5-də Türkiyədə keçirilən film festivalında baş tutacaq.

Alman və fransız sənətçilərin birgə yaradıcılıq işi olan filminin çəkilişlərinə Berlində başlanılıb, sonrakı çəkilişlər Bosniya və Herseqovina, Albaniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və İranda aparılıb.

P.Nachtmanova ekran əsərini musiqinin sehrli gücünü ifadə edən uzun bir hekayə və təsirli səyahət filmi olduğunu söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR