Slimfit
  1. İDMAN

Alisson Bekker ilin ən yaxşı qapıçısı seçilib

Alisson Bekker ilin ən yaxşı qapıçısı seçilib
Sakura

Alisson Bekker ilin ən yaxşı qapıçısı seçilib

FİFA-nın 2019-cu ilin ən yaxşılarını mükafatlandırma mərasimi davam edir.

Metbuat.az-ın məlumatına görə, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında baş tutan tədbirdə ilin qapıçısı açıqlanıb.

Bu mükafata Allison Bekker (Braziliya, “Liverpul”) layiq görülüb. O, digər namizədlər Ederson (Braziliya, “Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, “Barselona”) arxada qoyub.

Mərasimdə həmçinin bir sıra digər mükafatlar da sahiblərini tapıb.

FİFA-nın ən yaxşı azarkeş mükafatı braziliyalı Silviya Qrekkoya verilib. O, görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün bu mükafata layiq görülüb.

Ən yaxşı qadın qapıçı mükafatına Sari van Vinendal yiyələnib. O, 2018-ci ilin yayında “Arsenal”dan “Atletiko”ya keçən Hollandiya yığmasının qapıçısıdır.

Feyr-pley mükafatı isə İngiltərənin “Lids” klubuna təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR