Slimfit
  1. AZƏRBAYCAN

Alimlərimizin dünyaya çıxmaq imkanları var

Alimlərimizin dünyaya çıxmaq imkanları var
Sakura

Alimlərimizin dünyaya çıxmaq imkanları var

"Bu məsələdə Təhsil Nazirliyi, eləcə də AMEA əsas diqqəti keyfiyyətli məqalələrin axtarılmasına yönəltməlidir"

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ötən illər ərzində Azərbaycan alimlərinin impakt faktorlu xarici jurnallarda dərc etdirdiyi məqalələrin sayı artıb. Ancaq o deyib ki, növbəti illərdə biz yalnız kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə də diqqət yetirməliyik.
Nazirin sözlərinə görə, dərc edilən məqalələrin sayı deyil, onlara istinad edilən indekslərin təhlili, Azərbaycan alimlərinin xarici ölkələrin alimləri ilə birgə fəaliyyətinin nəticələrinin əldə edilməsi vacibdir.

C.Bayramov əlavə edib ki, xarici ölkələrin təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan çoxsaylı Azərbaycan alimləri var. Nazir hesab edir ki, onlarla birgə əməkdaşlığın olması da çox faydalıdır.

Xarici alimlərlə əməkdaşlıq keyfiyyətini yüksəltmək üçün alimlərimizin ilk növbədə maddi-texniki bazasının gücləndirilməli olduğunu deyən AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Faiq Ələkbərli "Şərq”ə bildirib ki, alimlərimizin istedadı, biliyi kifayət qədər çoxdur. Amma əsas məsələ budur ki, alimlərimizin azad mühitdə fikirlərinin inkişafına daha çox diqqət yetirmək lazımdır: 

"Azərbaycanlı alimlərin bir çoxlarının məqalələri xarici ölkələrdə dərc olunur. Ancaq burada əsas problem odur ki, bəzi alimlərimizin məqalələri hansısa doktorluğu müdafiə etmək üçündür. Məncə, yeni məqalələr yerinə alimlərdə yeni düşüncələrin axtarılıb tapılmasına və sonra məqalələrin dərcinə çalışmaq lazımdır. Ölkəmizdə bir çox elm adamları var ki, məqalələr yazırlar və yeni fikirləri olur. Ölkəmizdə yeni düşüncələrin nə dərəcədə qəbul edilməsi isə bir az problemlidir”.

F.Ələkbərlinin sözlərinə görə, alimlərimizin maaşı o qədər də çox deyil ki, onlar məqalələrini əcnəbi dillərə tərcümə etdirərək qərb ölkələrində dərc etdirsinlər: 

"Düşünürəm ki, bu məsələdə Təhsil Nazirliyi, eləcə də AMEA əsas diqqəti keyfiyyətli məqalələrin axtarılmasına yönəltməlidir. Bu halda məqalələrimiz bütün dünyada öz keyfiyyəti ilə seçiləcək. Qeyd etdiyim meyarlar olmadıqca alimlərimizin yazdığı məqalələr daha çox formal xarakter daşıyacaq. Məsələn, deyiləcək ki, 1 il ərzində Azərbaycan alimlərinin 10 min məqaləsi nəşr olunub. Amma burada əsas məsələ məqalələrin keyfiyyətidir. Alimlərimizə yalnız maddi deyil, həm də mənəvi dəstək göstərilməlidir. Yoxsa bir çox hallarda "elm adamı” kimi adların verilməsi çox vaxt formal olur”.

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR