Alimlərimiz Buxarestdə keçirilən elmi sessiyada iştirak ediblər
Rumıniyanın paytaxtı Buxarestdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) üzvü ölkələrinin hökumətlərinin səlahiyyətli nümayəndələri Komitəsinin növbəti sessiyası keçirilib. Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də Səlahiyyətli Nümayəndəsi, akademik Nazim Məmmədov və bölmənin baş mütəxəssisi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də Səlahiyyətli Nümayəndəsinin assisenti Yeganə Əliyeva təmsil ediblər.
BNTİ-nun direktoru, akademik V.A.Matveyev öz məruzəsində ötən ilin yekunları haqqında danışıb, ölkələr arasında elmi əlaqələrin inkişafına xüsusi diqqət yönəldib. Bildirib ki, cari il BNTİ üçün olduqca səmərəli olub, yeni layihələrə imza atılıb, BNTİ-nun üzvü ölkələrinin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndirib, müştərək tədqiqat və proqramlar həyata keçirilib və işlər indi də davam etdirilir.
Elmi sessiyada BNTİ-nun vitse-direktorları V.D.Kekelidze və R.Lednitski NİCA layihəsinin icrasına və 2019-cü il üçün layihə üzrə nəzərdə tutulan işlərə həsr olunan məruzələrlə çıxış ediblər. Bundan əlavə, tədbirdə BNTİ-nun elmi katibi A.S.Sorin institutun Elmi Şurasının tərkibində edilən dəyişikliklər haqqında danışıb, BNTİ-nin Beynəlxalq əlaqələr şöbəsinin rəisi D.V.Kamanin assosiasiya olunmuş ölkələrlə əlaqələrə, BNTİ-nin İnformasiya texnologiyaları laboratoriyasının direktoru V.V.Korenkov isə informasiya texnologiyalarının inkişafının əsas trendləri, çağırış və perspektivlərinə həsr olunmuş məruzə ilə çıxış edib.
AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət