Dərc edildi: Baxış sayı: 781
Alimlərdən piylənmə ilə bağlı fikirləri alt-üst edəcək araşdırma
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın York universitetinin alimləri vaxtından əvvəl ölümlə piylənmə arasında əlaqəni araşdırıblar.
Clinical Obesity jurnalındakı məqalədə mütəxəssislər bildiriblər ki, əgər insanda başqa metabolik pozuntular yoxdursa, artıq çəki vaxtından əvvəl ölümə səbəb olmur.
Mütəxəssislər 13 il ərzində piylənməsi olan 54 min insan üzərində müşahidə aparıblar. Məqsəd, təhlükəsiz piylənmə dərəcəsi haqqında nəzəriyyənin yoxlanması olub.
Müayinə olunanları üç qrupa bölüblər: sağlam artıq çəkisi olanlar, artıq çəkisi ilə bərabər başqa xəstəliyi də olanlar və yüksək qan təzyiqi, qanda piylənmə və qlükozanın yüksək səviyyəsi olan insanlar.
Tədqiqat dövründə 9 iştirakçı vəfat edib. Amma, onların heç biri birinci qrupa aid deyil. Beləliklə, alimlər bu nəticəyə gəliblər ki, başqa xəstəliklər olmadıqda sadəcə artıq çəki vaxtından əvvəl ölüm riski yaratmır.
Bununla belə alimlər qeyd edib ki, piylənmə başqa xəstəliklərin yaranması riskini artırır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət