Slimfit
  1. DÜNYA

Alimlərdən inqilabi kəşf - süni və canlı orqanizmlər arasında sərhəd yox edilib

Alimlərdən inqilabi kəşf - süni və canlı orqanizmlər arasında sərhəd yox edilib
Sakura

Alimlərdən inqilabi kəşf - süni və canlı orqanizmlər arasında sərhəd yox edilib

Dünyanın müxtəlif guşələrindən alimlər nəticədə müstəqil şəkildə özünə oxşayanları istehsal edə bilən robotlar yaratmaq üçün süni və canlı oqranizm arasındakı sərhədi yox etməyə çalışırlar. Fins.az məlumat verir ki, bu yaxınlarda bu istiqamətdə ilk addım Kornell Universitetinin tədqiqatçıları tərəfindən atılıb. Onlar canlı orqanizmin üç əsas xassəsini – özünü təşkil, maddələr mübadiləsi və inkişaf qabiliyyəti -  nümayiş etdirən bioloji material hazırlayıblar.

Materialın əsasını iyerarxik materialların toplanmasını və sintezini təmin edən DNT təşkil edir. Metabolizma və regenerasiya təlimi birbaşa materialda kodlaşdırılıb və nəticədə, selik kimi maddələrin ifrazı sayəsində irəliyə sürünə bilir. Hərəkət kifayət qədər aşkar yolla baş verir: seliyin yeni ipləri qarşıda boy atır və materialı irəliyə çəkir, bu zaman arxadakılar yox olur və parçalanır.

“Şəxsi süni metobolizmasına əsaslanan yeni material konsepsiyası tətbiq etmişik. Biz canlı bir şey düzəltmirik, əvvəlkilərlə müqayisədə daha real görünən material yaradırıq”, - tədqiqatçılardan biri Den Luo (Dan Luo) deyib.

Alimlərin iddialarına əsasən, materialla baş verən bütün proseslər avtonomdur və bu zaman insan müdaxiləsinə ehtiyac yoxdur. Onlar bunu bir neçə molyekul növündən ibarət ilk canlının inkişafı ilə müqayisə edirlər. Ola bilsin, materialla da oxşar hadisələr baş verir. Material primitiv olsa da, canlı orqanizmlərə oxşayan robotların yaradılmasının təməlini qoyur.

Tədqiqatçılar gələcəkdə materialın işıq və qida kimi müxtəlif qıcıqlandırıcılardan qaçmağı və ya onları cəlb etməyi öyrənməsini istəyirlər. Onlar həmçinin materialın xidmət müddətini artırmağı planlaşdırırlar. Bütün bunlar mümkündür, çünki tədqiqatçılar biomolyekullardan ibarət robotların yaradılmasının hələlik birinci mərhələsindədirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR