Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər şəkərli diabetin inkişafına təsir edən əsas amili açıqlayıb

Alimlər şəkərli diabetin inkişafına təsir edən əsas amili açıqlayıb
Sakura

Alimlər şəkərli diabetin inkişafına təsir edən əsas amili açıqlayıb

Artıq çəki şəkərli diabetin inkişafına təsir edən ən vacib amildir, arıqlamaq isə xəstəliyin qarşısını alır, hətta onu məğlub da edə bilər.

Ens.az “Report” -a  istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın Kembric və İtaliyanın Milan Universitetlərinin alimlərinin gəldiyi qənaətdir.

Tədqiqatçılar Britaniya biobankından orta yaşı 57,2 il olan 445 765 nəfərin məlumatlarını təhlil ediblər. İkinci tip diabet inkişafı riski 6,9 milyon gen, eləcə də bədən kütlə indeksi (BMI) əsasında qiymətləndirilib. İştirakçılar genetik meylinə görə beş qrupa və çəki ilə əlaqəli riskə görə beş qrupa bölünüblər.

Könüllülər ortalama 65,2 yaşına qədər müşahidə altında olub. Bu müddət ərzində 31 298 nəfərdə ikinci tip diabet yaranıb. Eyni zamanda ən yüksək BMI olan qrupdakı iştirakçıların ən aşağı indeksli qrupa nisbətən diabet riski 11 dəfə artıq olub. Bu nisbət genetik risk səviyyəsindən asılı olmayaraq müşahidə olunub. Buna görə də bədən çəkisi diabetin inkişafında genetik meyldən daha güclü amil hesab edilib.

Alimlər hesab edirlər ki, BMI indeksinin qanda anomal şəkər səviyyəsinə səbəb olan hədd göstəricisindən aşağı saxlamaqla şəkərli diabetə yoluxma riskinin qarşısını almaq mümkündür. Bunun üçün mütəmadi olaraq bədən çəkisi ilə boyun nisbətini və qanda şəkərin səviyyəsini qiymətləndirmək lazımdır. Həmçinin qalıcı ziyan meydana gəlməzdən əvvəl, erkən mərhələlərdə çəki atmaqla da şəkərli diabetin yaranmasının qarşısını almaq olar.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR