Alimlər: qeyri-sabit yuxu rejimi nə qədər təhlükəlidir?
Ens.az xəbər verir ki, rejimdə bir saatdan artıq dəyişiklik hipertoniya, diabet, piylənmə və digər maddələr mübadiləsi pozğunluqlarının inkişafı riskini 27% artırır. Bu nəticəyə araşdırma zamanı Briqam Qadın Xəstəxanasının mütəxəssisləri gəliblər.
6 il davam edən təcrübədə alimlər 45-84 yaşında olan 2 mindən çox insandan ibarət qrupu müşahidə ediblər.
Müəyyən edilmişdir ki, maddələr mübadiləsi pozğunluğundakı kəskin fərqlər yuxu rejiminin müntəzəmliyindən asılıdır. Alimlərin fikrincə, yuxu və ayıqlıq rejiminin uyğunsuzluğunda hər bir saat rol oynayıb. Məsələn: müxtəlif vaxtlarda oyananlarda gələcəkdə hipertoniya, piylənmə və digər xəstəliklərə tutulmaq şansı 27% çoxalır.
Tədqiqatçılar belə mənfi effektin səbəbinin sirkad ritmlərində olduğunu bildiriblər. Məhz onlar orqanizmdəki hormonların səviyyəsinə cavabdehdir, həmçinin qana insulin ifrazına təsir göstərirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət