Alimlər: qadınlar rəqiblərinin xarici görünüşünü, kişilər isə nailiyyətlərini müzakirə edir
Kanada alimlər aydınlaşdırıblar ki, kişilər başqalarının nailiyyətlərini pisləyirlər. Eyni zamanda qadınlar öz rəqiblərinin xarici görünüşü barədə qeybət edirlər. Bu informasiyanı Hindustan Times yayıb.
Ottava universitetinin mütəxəssisləri araşdırma aparıb, burada 300 könüllü insan iştirak edib. Elmi eksperimentin nəticəsindən alimlər müəyyən qənaətə gəliblər. Aydın olub ki, qadınlar kişilərdən daha qeybətcildirlər. Bundan başqa qadınların müzakirəsi daha çox məna kəsb edir.
Eksperimentin müəllifləri izah edir ki, qadınlar üçün şayələr sosial dəyər daşıyan informasiya mübadiləsi üsuludur. Qadınlar beləliklə potensial rəqibləri barədə daha çox məlumat əldə edirlər və üstünlüyə malik olurlar ki, onların köməyi ilə sonradan rəqibinin nüfuzuna xələl gətirməyə cəhd edə bilərlər.
Müəllif: Famil Ələkbərov
[haber=892]
[haber=1050]
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət