Slimfit
  1. TARİX

Alimlər: Neandertal insanın beyni müasir insanların beynindən daha zəif inkişaf edib

Alimlər: Neandertal insanın beyni müasir insanların beynindən daha zəif inkişaf edib
Sakura

Alimlər: Neandertal insanın beyni müasir insanların beynindən daha zəif inkişaf edib

Neandertal azyaşlı uşağın skeleti üzərində aparılan araşdırmalar zamanı müasir insanın beyninin inkişafı ilə bağlı yeni detallar üzə çıxıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İspaniyada fəaliyyət göstərən Təbiət Elmləri Muzeyinin professoru Antonio Rosas daha əvvəlki araşdırmalardan məlum olan “neandertalların beyni müasir insanların beynindən sürətli inkişaf edir” fikrinin əksini göstərən tədqiqatın nəticəsini açıqlayıb. O deyib: “Biz bu istiqamətdə araşdırmalara başlayanda əvvəlkilərə uyğun nəticə gözləyirdik. Lakin yeddi yaşlı neandertal uşağın skeleti üzərində aparılan tədqiqatlar onu deməyə əsas verir ki, onların beyni daha zəif inkişaf edib”.

İspaniyada 49 min yaşı olan qədim ərazidə tapılan sümüklərin aid olduğu azyaşlı oğlan uşağının beyni ortayaşlı neandertalın beyninin 85,7 faizi ölçüsündə idi. Müqayisə üçün qeyd edək ki, müasir uşaqların beyni ortayaşlı insanın beyninin 95 faizi ölçüsündə olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR