Slimfit
  1. İQTİSADİYYAT

Alimlər koronavirusa görə inkişaf etmiş ölkələrdə ÜDM-in 35% azalacağını proqnozlaşdırırlar

Alimlər koronavirusa görə inkişaf etmiş ölkələrdə ÜDM-in 35% azalacağını proqnozlaşdırırlar
Sakura

Alimlər koronavirusa görə inkişaf etmiş ölkələrdə ÜDM-in 35% azalacağını proqnozlaşdırırlar

Ens.az bildirir ki, proqnozlaşdırılan ÜDM-in azalması 2008-ci ildəki böhran zamanı qeydə alınan rəqəmdən dörd dəfə artıq olacaq.

"Goldman Sachs"ın baş iqtisadçısı Yan Hatzius, inkişaf etmiş ölkələrin ÜDM-inin ikinci rübdə bu ilin ilk üç ayı ilə müqayisədə 35% aşağı düşə biləcəyini söyləyib.

Qeyd olunur ki, belə bir tənəzzül 2008-ci ildə baş verən maliyyə böhranı zamanı qeydə alınan ÜDM-in azalmasına görə əvvəlki rekorddan dörd dəfə artıq olacaq.

Bununla yanaşı, mütəxəssis iqtisadiyyatda nə zaman bərpa prosesinin başlanacağı ilə bağlı dəqiq proqnozlar verə bilməyib, çünki insanların işə nə vaxt qayıdacağı hələ məlum deyil.

Bir çox inkişaf etmiş ölkələrin hakimiyyəti vətəndaşları dəstəkləmək və kredit vəsaitlərinin mövcudluğunu təmin etmək üçün ciddi tədbirlər gördü ki, bu həm ev sahıbləri, həm də iş adamlarının böhran zamanı ayaqda qalmalarına kömək edəcək, Hatzius deyir.

"Avropanın böhrana reaksiyasını büdcə stimullarını artırmaq, habelə avrozonanın bütövlüyünü qorumaq üçün heç bir şərt olmadan "mümkün olan hər şeyi" etməklə genişləndirməsi  lazımdır. İnkişaf etməkdə olan ölkələr böhrandan çıxmaq üçün varlı dövlətlərin köməyinə daha çox ehtiyac duyacaqlar" deyə alim yazıb.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR