Slimfit
  1. DÜNYA

Alimlər açıqladı: Çini daha bir bəla gözləyir

Alimlər açıqladı: Çini daha bir bəla gözləyir
Sakura

Alimlər açıqladı: Çini daha bir bəla gözləyir

Alimlər Çini daha bir bəlanın gözlədiyi barədə proqnoz veriblər.

Belə ki, elm adamlarının beynəlxalq qrupu iqlim dəyişikliyi nəticəsində yaranan yüksək temperaturun ölümcül dalğalarının Çin kimi sıx əhalisi olan ölkələrdə daha təhlükəli olacağını bəyan edib.

Bu barədə “MedicalXpress” xəbər yayıb.

Mütəxəssislər 1961-ci ildən 2018-ci ilə qədər Çin ərazisində 2400 yerli stansiyalardan gündəlik temperaturla bağlı 50 milyon qeydi analiz ediblər. Tədqiqatlar göstərib ki, 2018-ci ildə Çinin şimal-şərqində çoxlu sayda insanın ölümü ilə nəticələnən təhlükəli gecə istiliyi əhəmiyyətli dərəcədə artıb.

Bundan əlavə, gündüz ekstremal yüksək temperatur və daşqınlarla nəticələnən leysan yağışlar daha tez-tez baş verəcək. O da vurğulanıb ki, sənaye dövründən əvvəlki vaxta nisbətdə fövqəladə leysanlar 1,5 dəfə artıb, mütəmadi güclü yağışlar isə 47 faiz azalıb. 

Bildirilir ki, gecələr yüksək temperatur istilik vurmalarına gətirib çıxarır. Açıq havada işləyənlər, yaşlılar və gənclər, həmçinin, müxtəlif xəstəlikləri olanlar risk qrupuna daxildir.

Qeyd edək ki, Çin hazırda ölümcül koronavirusun əsarətindədir. Son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub. Ölkənin 25 şəhərində karantin elan olunub. Bir sıra ölkələrlə aviarabitə dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR