Slimfit
  1. DÜNYA

“Alibaba”ya ölkə tarixində ən böyük cəza verilə bilər

“Alibaba”ya ölkə tarixində ən böyük cəza verilə bilər
Sakura

“Alibaba”ya ölkə tarixində ən böyük cəza verilə bilər

Çin antiinhisarçılıqla mübarizə çərçivəsində “Alibaba” şirkətinə rəqabətə zidd davranışlarına görə ölkə tarixində bir şirkətə verilən an böyük cəzanı tətbiq etməyi planlaşdırır.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” nəşri çıxış edib.

Bildirilib ki, “Alibaba”ya veriləcək cəza 2015-ci ildə “Qualcomm”a kəsilən 975 milyon dollarlıq cəzadan ağır olacaq.

Bundan başqa, şirkətdən “ikisindən birini seç” tətbiqetməsindən əl çəkməsi tələb olunacaq. Sözügedən platforma ölkənin iki dominant onlayn ticarət platforması olan “Taobao” və “Tmall”dır. “Alibaba” hər iki platformanın operatorudur.

Çində keçən ilin dekabrında “Alibaba”ya qarşı antiinhisar istintaqı başlanmışdı. Şirkət müvafiq orqanlarla aktiv əməkdaşlığa hazır olduğunu və istintaqa rəğmən, işlərin normal davam etdiyini açıqlamışdı.

Çin administrasiyası “Alibaba”nın sahibi Cek Manın 24 oktyabr 2020-ci ildə bir iclasda ölkədəki maliyyə qurumları və qaydalarını tənqid etdiyi nitqinin ardından ona məxsus maliyyə texnologiya şirkəti “Ant Group”un kütləvi təklif prosesini dayandırmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR