Dərc edildi: Baxış sayı: 569
“Alibaba”nın sahibi vəzifəsindən gedir
Çinin internet ticarəti nəhəngi “Alibaba” şirkətinin təsisçisi və rəhbəri Cek Ma pensiyaya çıxmağa qərar verib.
“Report” bu barədə "The New York Times" nəşrinə istinadən xəbər verir.
Qəzet yazır ki, iş adamı vəzifəsindən sentyabrın 10-da, 54 yaşı tamam olduqda gedəcək. Cek Ma pensiyada olduğu müddətdə ingilis dili müəllimi işləyəcək.
Xatırladaq ki, “Alibaba”nın sahibi Çinin ən varlı adamlarından biri sayılır. Onun sərvəti 40 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir.
Bir qədər əvvəl biznesinin Çində yaranış idman növü – kunq-fu barədə filmdə rol aldığı barədə xəbər yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət