Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 715 kollec məzununun ərizəsi təsdiqlənib
Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır. İyunun 17-si saat 10:45-ə olan məlumata görə, 728 subbakalavr qeydiyyatdan keçib. Onlardan 715-nin ərizəsi təsdiqlənib.
Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət