Slimfit
  1. AZƏRBAYCAN

Ali Məclisin sədri: 'Naxçıvanda ümumi daxili məhsulun həcmi 1,5 faiz artıb'

Ali Məclisin sədri: 'Naxçıvanda ümumi daxili məhsulun həcmi 1,5 faiz artıb'
Sakura

Ali Məclisin sədri: 'Naxçıvanda ümumi daxili məhsulun həcmi 1,5 faiz artıb'

“2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olub”.

Report” xəbər verir ki, bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov deyib.

O bildirib ki, ümumdaxili məhsulun bir nəfərə düşən həcmi 6202 manat təşkil edib: “Bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. Ümumi daxili məhsulun 58 faizdən çoxu istehsalın payına düşüb”.

Ali Məclis sədrinin sözlərinə görə, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada bütün nəqliyyat sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir.

O vurğulayıb ki, quruculuq işləri aparılan hər bir yaşayış məntəqəsində abad və rahat yollar salınır: “Bu ilin ötən dövründə muxtar respublikada 93,9 kilometr uzunluğunda yeni asfalt yol salınıb, 3 körpünün tikintisi, 3 körpünün isə əsaslı təmiri başa çatdırılıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR