Slimfit
  1. MARAQLI

Yerin ən uzunömürlü insanı 256 il yaşayıb

Yerin ən uzunömürlü insanı 256 il yaşayıb
Sakura

Yerin ən uzunömürlü insanı 256 il yaşayıb

1933-cü ildə Çində bir qocanın ölüm xəbəri müxtəlif ölkələrin mediasında dərc olundu. Bu adı çinli vətəndaş barədə bütün planetin jurnalistləri tərəfindən nə üçün maraqlanırdı? Hər şey çox sadədir: Li öz dediyi kimi 197 il yaşamışdı, rəsmi qeydlərə görə isə o 256 il yaşayıb.

1933-cü ilin 6 may tarixində New York Times-da xəbər yayıldı ki, Li Çinyun 197 yaşında ölüb. Onun sözlərincə uzun ömürlülüyün sirri isə budur: “Ürəyi sakit saxla, tısbağa kimi otur,  göyərçin kimi gümrah gəz, it kimi yat”. Rəsmi informasiyaya əsasən ölüm anında onun 256 yaşı tamam olmuşdu. Həyatı boyunca iyirmi üç arvadla yaşayıb, onlardan da 180 uşaq olub, öz həyatının ilk yüz ilini ot satmaqla keçirib.

Nə üçün Li-nin dediyi ilə rəsmi tarix arasında 59 il fərq var? Qəribə səslənsə də araşdırmalar göstərir ki, qoca sadəcə olaraq öz ad gününü yaddan çıxarıb. Təəssüf ki, çinlinin bioqrafiyası haqqında məlumat çox azdır. Rəsmi sənədlərdən məlumdur ki, o 1677-ci ildə Sıçuan vilayəti ərazisində anadan olmuşdur.

10 yaşında o yazıb oxumağı öyrəndi və Şansi, Tibet, Qansu, Siam, Annam və Mançjuriyanı ziyarət etdi. Buralarda o ot toplayırdı. Bu onun yaxın yüz illikdəki məşğuliyyətinə çevrildi, daha sonra isə o digər insanların yığdığı otları satmağa başladı.

1748-ci ildə Li-nin 71 yaşı tamam olud, o Çuy Çzyan Si-dən Kay-Syana köçdü, burada çin ordusunda taktiki məsləhətçi və döyüş növləri müəllimi işlədi. 1927-ci ild isə yəni 179 ildən sonra Li Sıçuan vilayətində 43 yaşlı general Yan Sena ilə görüşdü. General Linin cavan görünüşündən, hünəri və gücündən heyran oldu. Məhz həmin zaman onun ən məşhur, bəlkə də yeganə şəkli çəkildi.

 Sonralar general 250 yaşlı qonağının günrah addımı və yaxşı görməsi barədə xatırlayırdı. Linin boyu 2.1 metrə yaxın idi, onun al yanaqlı üzü və çox uzun ayaqları var idi. Qeyd etmək lazımdır ki, onun ölüm şəraiti haqqında da məlumat azdır. Bəziləri onun təbii olaraq öldüyünü, digərləri isə təsdiqləyirlər ki, o ölməmişdən əvvəl “bu dünyada nə lazım idisə hamısını etdim və indi evimə gedirəm” deyib. Bundan sonra o dünyasını dəyişib.

Artıq onun ölümündən sonra general qonağının yaşı ilə maraqlanıb. Yan Sen hətta daha sonra hesabat hazırlayıb və bu da dərc olunub. Xüsusilə 1933-cü ildə Sıçuan vilayətinin sakinləri ilə görüşlər keçirildi və onlar uşaq olandan bəri onunla görüşdüklərini və bu müddət ərzində praktik olaraq dəyişmədiyi söyləyiblər. Başqaları qeyd edib ki, Li onun babaları ilə dostluq edirmiş.

Lakin Li Çinyuanın əsl həyatı belə sirli qala bilməz. Lakin onun müasirlərinin şahidlikləri qalıb. 1930-cu ildə Çendu Universitetinin professoru Vu Çenq-Çze imperator kağızlarını tapır ki, orada da Linin 150 illiyi münasibətilə təbrik əks olunub.

Piter Kelder “Cavanlığın qədim sirləri” adlı kitab yazıb, orada da Linin tələbəsi Da Lyunun söylədiyi fikirlər var. Lyu qeyd edib ki, yüz otuz yaşında onun ustadı çoxlarına döyüş növləri və çiqun sağlamlıq sistemini öyrədib. Li özü Da Lyuya deyib ki, onun uzunömürlüyü əsasən onun yüz iyirmi il ərzində daim etdiyi təlimlərin hesabınadır.

Yan Jin-Min adlı həkim əmindir ki, Linin uzunömürlüyü onun dağlardakı həyatı nəticəsindədir. Onun doğumu haqqında məlumatlar düzdürsə onda o planetin ən uzunömürlü insanıdır, lakin Qərb buna skeptik yanaşır.

Hazırda rəsmi olaraq Yerin ən uzun ömürlü insanı fransız qadın Janna Luiz Kalman hesab olunur, o 1997-ci ildə 122 yaşında həyatını dəyişib. Lakin bütün qədim çin praktikləri deyir ki, Li Çinyuanın real və ya mifoloji personaj olmasına baxmayaraq onun həyatı çoxları üçün ilham mənbəyi olub.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR