Slimfit
  1. İQTİSADİYYAT

Aleksandr Novak: "Neftə həmişəki tələbat gələn il bərpa olunacaq"

Aleksandr Novak: "Neftə həmişəki tələbat gələn il bərpa olunacaq"
Sakura

Aleksandr Novak: "Neftə həmişəki tələbat gələn il bərpa olunacaq"

Dünya neft bazarında tələbat böhrandan əvvəlki həcmin 90%-nə çatıb, bütövlükdə isə 2021-ci ildə bərpa olunacaq". 

Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak onlayn müşavirədə bildirib.

Onun fikrincə, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair məlum razılaşma neft bazarının sabitləşməsində böyük rol oynayıb: “Əks təqdirdə bu gün neftin 1 barelinin qiyməti 45 ABŞ dolları yox deyil, az olacaqdı, bəzən isə mənfiyə düşəcəkdi". 

A.Novak həmçinin OPEC+ razılaşması çərçivəsində avqust – dekabr ayları ərzində Rusiyada hasilatın 13%, il ərzində isə 10%z azalaraq 510 milyon tona düşə biləcəyini  qeyd edib. Onun sözlərinə görə, razılaşmanın birinci mərhələsi olan may – iyul aylarında isə ölkədə hasilat 19% azaldılıb. 

Xatırladaq ki, OPEC+ formatının iştirakçısı ölkələri arasında mayın 1-dən qüvvəyə minən razılaşmaya görə may-iyul aylarında gündəlik neft hasilatının 9,7 milyon barel, avqust-dekabrı aylarında 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna kimi isə 5,8 milyon barel azaltdılması nəzərdə tutulur. Ən böyük istehsalçı olan Rusiya və Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı eyni həcmdə - 2,5 milyon barel azaltmalıdır. Müqavilənin şərtlərinə 2021-ci ilin dekabr ayına qədər dəyişikliklər edilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR