Dərc edildi: Baxış sayı: 434
Aleksandr Lukaşenko Belarus təmsilçisinin KTMT-nin baş katibi təyin edilməsi haqqında qərarı imzalayıb
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunub.
“Report” BelTA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının bununla bağlı qərar layihəsini imzalayıb.
Qeyd edək ki, bundan əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək vermişdilər. Hətta Prezident Aleksandr Lukaşenko KTMT-nin digər üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət