Slimfit
  1. DÜNYA

Aktiv vulkanizm əlamətləri aşkar edildi - Venerada ilk dəfə

Aktiv vulkanizm əlamətləri aşkar edildi - Venerada ilk dəfə
Sakura

Aktiv vulkanizm əlamətləri aşkar edildi - Venerada ilk dəfə

Ötən əsrin 90-cı illərində NASA-nın "Magellan" kosmik aparatı Venera planetinin radar şəkillərini çəkərək planetdə bir çox lava axını və fəaliyyətdə olan vulkanın mövcudluğunu müəyyən etmişdi. 2000-ci illərdə isə alimlər vulkan püskürmələrinin bir müddət öncə baş verdiyi qənaətinə gəlmişdilər.

Alimlər kəskin isti atmosferin üstünlük təşkil etdiyi Veneradakı şəraiti laboratoriyada yaradıblar. Onlar laboratoriyadakı olivin ilə Veneradakı olivinin vulkanik mineralının spektral xüsusiyyətlərini müqayisə ediblər. Nəticədə aydın olub ki, planetdəki lava axınlarının cəmi bir neçə il yaşı var. Bu isə o deməkdir ki, orada püskürmələr bu gün də baş verə bilər. Venera Günəş sistemində Yer kürəsindən sonra vulkan püskürmələri baş verən yeganə planetdir.

"Venerada aktiv vulkanizm əlamətlərinin mövcud olması planetlərin necə soyuduğunu və hansı səbəbdən məhz Yer kürəsində və Venerada bu əlamətlərin qaldığını müəyyən etməyə imkan verəcək. Gələcək missiyalar püskürmələrin konkret sübutlarını təqdim etməklə lava axınlarının və səthdə baş verən dəyişikliklərin izlənilməsi istiqamətində olmalıdır", -  deyə ABŞ-ın Ay və Planet İnstitutunun elmi işçisi, tədqiqatın aparıcı müəllifi, doktor Kastin Filiberto bildirib.

Mənbə: Olaylar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR