Dərc edildi: Baxış sayı: 6320
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Bakı şəhər Baş Polis İdarəsi Bakıda qanunsuz aksiyaya cəhdin qarşısının alınmasında iştirak edən bir qrup polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yayılan məlumatlar yalandır:
"Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət